...

Bakının Olimpiada-2016 ilə bağlı iddia ərizəsi BOK-a göndərilib

Cəmiyyət Materials 30 Mart 2007 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Yay Oyunları-2016-nın keçirilməsinə iddia edən Bakı artıq müvafiq ərizəni Beynəlxalq Olimpiada Komitəsinə (BOK) göndərib. Azərbaycan MOK-nin vitse-prezidenti Çingiz Hüseynzadənin Trend ə verdiyi məlumata görə, martın 31-i ərizələrin verilməsinin son günü olduğunu nəzərə alaraq şəhər icra hakimiyyəti tərəfindən lazımi sənədlər artıq göndərilib. "Bu, yalnız birinci mərhələdir və bütün ərizələrin qəbulundan və qeydiyyatından sonra BOK bilavasitə namizadlərin potensiyalı ilə tanış olacaq. Məhz bundan sonra BOK Bakıya müvafiq sorğu vərəqəsi göndərəcək, buna görə də əsas iş hələ qarşıdadır" - Hüseynzadə qeyd edib.

2016-cı il Olimpiya Oyunlarına Praqa, Madrid,Tokio və başqa bir sıra şəhərlərin də iddi edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti