...

Azərbaycanlıların soyqırımı ilə bağlı Lidiçe Xatirə Kompleksində tədbir keçiriləcək

Cəmiyyət Materials 30 Mart 2007 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Çexiyanın Lidiçe Xatirə Kompleksində tədbir keçiriləcək. Bu barədə Azəri-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov məlumat verib.

O bildirib ki, Lidiçe Muzeyində Xocalı soyqırımı ilə bağlı təşkil olunmuş fotosərgi 26 fevraldan etibarən aprelin 30-dək davam edəcək: "31 mart soyqırım günü münasibətilə planlaşdırdığımız tədbiri Lidiçe xatirə kompleksində keçirməkdə məqsədimiz odur ki, iki xalq arasındakı tarixi hadisələrin oxşarlıqlarını tapmaqla biz daha asanlıqla xaricilərə öz faciələrimizi, problemlərimizi çatdıra bilək"-deyə Nəzərov qeyd edib. Tədbir zamanı soyqırım haqda sənədli film göstəriləcək, Çexiya ictimaiyyətinə və Lidiçe faciəsi şahidlərinə bilgilər veriləcək, CD və broşuralar paylanacaq.

Xatırladaq ki, Çexiyanın Lidiçe qəsəbəsi II Dünya müharibəsi zamanı alman faşistləri tərəfindən yer üzündən silinib, əhalisi qətlə yetirilib. Xocalı və Lidiçe faciələrinin bir çox oxşar cəhətləri var.

Xəbər lenti

Xəbər lenti