...

"Xəzər"in hücumçusu bombardirlər arasında liderdir

Cəmiyyət Materials 4 Aprel 2007 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ "Xəzər" futbol klubunun hücumçusu Zaur Ramazanov Azərbaycan çempionatının bombardirləri arasında öz liderlik mövqeyini möhkəmləndirib.

Trend ə verilən məlumata görə, ötən birincilik turunda onun "Gənclərbirliyi"nin qapısına vurduğu top komandasına 3:1 hesabıyla qələbə qazandırıb və Zaurun isə cari mövsümdə on birinci qolu olub. Bununla bərabər o, ilk dəfə olaraq ikinci dairədə fərqlənib. Ramazanovdan cəmi bir top geri qalan "Neftçi"nin oyunçusu Qeorqi Adamiyadır. Vurduğu 9 qolla 3-cü yerdə isə "Karvan"ın legioneri Yakubu Bomba durur.

Qeyd edək ki, ölkə çempionatının XX turunun oyunlarından sonra "Xəzər"i 2 xalla qabaqlayan "Neftçi" yenə də liderlik edir.

Xəbər lenti

Xəbər lenti