...

Dövlət Komitəsinin rəhbəri Azərbaycan məktəblərində din dərslərinin tədrisinə zərurət görmür

Cəmiyyət Materials 4 Aprel 2007 17:11 (UTC +04:00)
Dövlət Komitəsinin rəhbəri Azərbaycan məktəblərində din dərslərinin tədrisinə zərurət görmür

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycanda kifayət qədər dini təhsil müəssisələri var, Bakı İslam Universiteti fəaliyyət göstərir. Buna görə də ümümtəhsil məktəblərində dinin ayrıca fənn kimi tədris edilməsinə zərurət yoxdur. Bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov bəyan edib.

Orucov hesab edir ki, din məktəblərdə yalnız humanitar fənlərin tərkibində tədris oluna bilər. Digər tərəfdən, mütəxəssis çatışmazlığı ilə əlaqədar problem mövcuddur, deyə Dövlət Komitəsinin rəhbəri qeyd edib.

Xəbər lenti

Xəbər lenti