...

Hüquq müdafiəçiləri AŞPA-nın sessiyasında siyasi məhbus problemini qaldıracaqlar

Cəmiyyət Materials 10 Aprel 2007 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycanın bir qrup hüquq müdafiəçisi aprelin 16-20-də AŞPA-nın yaz sessiyasında iştirak edəcək. Hüquq müdafiəçisi, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə çərşənbə axşamı Trend ə bildirib ki, səfər ərzində keçiriləcək görüşlərdə və aparılacaq müzakirələrdə əsas diqqət Azərbaycanda siyasi məhbus probleminə yönəldiləcək. Həmçinin Mərkəzi Seçki Komissiyasının formalaşdırılması, söz-mətbuat azadlığı və s. məsələlər müzakirə obyekti olacaq. Ç.Qənizadə bildirib ki, siyasi məhbus probleminin həlli ilə bağlı yaradılan İşçi Qrupun sabaha nəzərdə tutulmuş toplantısında bir çox məsələlər müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti