...

Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəis müavini barəsində cinayət işi açılmayıb

Cəmiyyət Materials 16 Aprel 2007 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəis müavini Cavadağa Sultanov barəsində cinayət işinin açılması və onun cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan İşgəncələr Əleyhinə Komitənin müraciətinə müsbət cavab verilməyib. Komitənin sədri Elçin Behbudov bazar ertəsi bildirib ki, bu gün onun müraciətinə DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi Arif Rzayevin imzası ilə cavab məktubu göndərilib. Məktubda Sultanovun işdə yol verdiyi ciddi nöqsanlara və polisin adına ləkə gətirən hallara görə daxili işlər nazirinin əmri ilə 2005-ci ilin fevralında daxili işlər orqanlarından xaric edildiyi bildirilir.

Respublika Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldar Əfəndiyev Trend ə bildirib ki, Bakı şəhər prokurorluğunda Sultanov barəsində cinayət işinin açılması barədə məlumat həqiqətə uyğun deyil. Əfəndiyev bildirib ki, Sultanov barəsində Bakı şəhər prokurorluğunda cinayət işi açılmayıb.

Sultanov hazırda cəza çəkən Həsən Nəbiyevə həbs olunduğu və istintaqı aparılan vaxt işgəncələr veriməsində ittiham olunur. Behbudovun sözlərinə görə, Sultanovun işgəncələri nəticəsində Nəbiyev əlil olub.

Xəbər lenti

Xəbər lenti