...

Qafqaz REM-in yenilənmiş nizamnaməsi imzalanıb

Cəmiyyət Materials 17 Aprel 2007 15:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. " N.Kirtsxalia/ Bu gün Tbilisidə Qafqaz Regional Ekoloji Mərkəzində (REM) təsisatın yeniləşdirilmiş nizamnaməsinin imzalanması ilə bağlı rəsmi mərasim keçirilib. Trend in xüsusi müxbirinə verilən məlumata görə, sözügedən sənəd mərkəzin təsisçiləri - Azərbaycan, Ermənistan, Gürcüstan və Avropa Komissiyasının nümayəndələri tərəfindən imzalanıb.

Nizamnaməyə edilən dəyişikliklər qurumun rəhbər strukturlarında dəyişiklikləri nəzərdə tutur.

Bu dəyişikliklər 2006-cı ilin iyulunda Brüsseldə təsisçilərin toplantısında qəbul edilən qərarlar əsasında edilib. Mərkəzin yeni icra orqanı "üçlük" qismində təmsil olunacaq. Nəticədə bu, təşkilatın nadir regional xarakterini və keçmişdəki uğurlarını əks etdirəcək. İcra orqanının yeni strukturu Cənubi Qafqaz bölgəsində ətraf mühitin mühafizəsinə, demokratik vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş işləri daha balanlaslaşdırılmış formada həyata keçirməyə imkan verəcək.

Qeyd edək ki, Qafqaz REM 2000-ci ilin yazında təsis edilən müstəqil qeyri-siyasi və qeyri-kommersiya fondudur. Qurumun yaradılmasında məqsəd Qafqazda ətraf mühitin qorunması və davamlı inkişafı istiqamətində işlərin görülməsi olub. Mərkəzin əsas donoru rolunda Avropa Birliyi çıxış edir. Qurumla ABŞ hökuməti arasında imzalanan sazişə əsasən, Birləşmiş Ştatlar da mərkəzin əsas donoruna çevrilib. Qafqaz REM ABŞ-ın USEPA, CEPF, eləcə də Danimarka, Almaniya, İsveçrə, İtaliya, Niderland və Lixtenşteyn hökumətləri ilə əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti