...

Azərbaycanda "Abituriyentin yaddaş kitabçası" nəşr olunub

Cəmiyyət Materials 18 Aprel 2007 15:09 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Abituriyentin yaddaş kitabçası"nı nəşr etdirib.

Jurnal beynəlxalq ekspertlərin məsləhətlərinə əsasən nəşr olunub. Bu barədə çərşənbə günü mətbuat konfransında Dövlət Komissiyasının rəhbəri Məleykə Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, nəşrə normativ sənədlər, imtahanın keçirilmə qaydaları, imtahan strukturları və s. daxildir. Abbaszadə hesab edir ki, yaddaş kitabçasının köməyi ilə abituriyentlər üçün imtahanlara hazırlaşmaq asan olacaq.

Xəbər lenti

Xəbər lenti