...

Rusiyada yaşayıb Azərbaycanın ümumvətəndaşlıq pasportunu alan vətəndaşların sayı məlum olub

Cəmiyyət Materials 19 Aprel 2007 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Son iki ay ərzində Rusiyada yaşayan iki minə qədər azərbaycanlıya Azərbaycan Respublikasının ümumvətəndaşlıq (xarici ölkəyə səfər hüququ verən) pasportu verilib. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Rusiya üzrə şöbə müdiri Şakir Səlimov Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.

Səlimovun sözlərinə görə, Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsinin əməkdaşları Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərinə ezam olunub. Yanvar-fevraldan sonra bu şəhərlərdə Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına pasportların verilməsinə başlanılıb.

Dövlət Komitəsinin nümayəndəsi bildirib ki, hazırda da bu proses davam edir, Rusiyada yaşayan soydaşlarımız qeydiyyata düşmək üçün lazımi sənədləri toplayır, xarici pasportlarını alırlar. Səlimovun sözlərinə görə, qeydiyyatı olmadığına görə Rusiyadan azərbaycanlıların deportasiya edilməsi faktları yoxdur.

Xəbər lenti

Xəbər lenti