...

Abbas Əhməd indiki şou-biznesi tənqid edir

Cəmiyyət Materials 21 Aprel 2007 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / müx. "TrendLife" V.İmanov/ Abbas Əhmədlə danışdıqdan sonra Korniya Çukovskinin belə bir frazası yadıma düşdü. "Hə... Göldən begemota daşımaq heç də asan iş deyil". İndi isə ardıcıllıqla danışaq. Hamıya məlumdur ki, Azərbaycan şou-biznesində heç də məşhur olmayan Abbas Əhməd artıq 4 ildir ki, Moskva şəhərində həm yaşayır, həm də işləyir. Onun sözlərinə görə o, Rusiyada iki elit restoranda çıxış edir . O, öz çıxış yolunu Azərbaycandan getməkdə görüb. Bəziləri müğənninin getməsini depresiya vəziyyətinə düşməsi ilə, bəziləri isə maddi durumunun pis olması ilə əlaqələndirirdilər. "Ürəyim yanar" xitinin müəllifi Abbas Əhməd keçən ilin payızında səkkiz dildə olan solo diskini buraxdırmışdı. Lakin mahnının təbliği uğurlu alınmadı və o, peşiman Moskvaya qayıtdı.

Heç bir çətinliyə baxmayaraq, müğənni hər il öz vətəninə gəlir. Lakin bu dəfə müğənni bir dəfəlik vətənə qayıtmaq qərarına gəlib. Çünki o, Azərbaycan estradasına yenidən qayıtmaq istəyir. "Trendlife" bu haqda onun Bakıda yaşayan həyat yoldaşı Tamara Məmmədovadan məlumat alıb. Şou-biznesə dair isə müğənni kəskin tənqidlə çıxış etdi: "Hazırda mən Bakı üçün çox darıxıram, may ayında evə dönmək fikrindəyəm. Döndüyümdə mütləq öz yaradıcılığıma qayıdacam. Azərbaycan tamaşaçılarına yeni yaradıcılığımı təqdim edəcəm, ümumiyyətlə, əsl şou-biznesin nə olduğunu nümayiş etdirəcəm. Çox müğənnilər fikirləşirlər ki, o restorandan bu restorana, o toydan bu toya keçərək eyni tipli mahnılar oxumaqla əsl şou-biznes yaradırlar. Bakı gəncləri əsl musiqinin nə olduğunu unudublar. Bundan əlavə, şou-biznez qastrollarla da bağlı olmalıdır. Bəs bizdə ölkədən kənara kim çıxır? Bir-iki nəfər. İndi bizim səhnədə ancaq antimədəniyyət hökm sürür. Səhnədə ədəbi dildə danışmaq harda qaldı? Başdan ayağa söz-söhbət, qiybət. Açıq deyim ki, belə şeyləri görəndə qəlbim alovlanır". May ayına az qalıb. Görək Abbas Əhməd bizim estradada nə yenilik edəcək?

Xəbər lenti

Xəbər lenti