...

Gəncədə içtimai xadim, yazıçı və loğman Nəriman Nərimanovun anadan olduğu gün qeyd olunub.

Cəmiyyət Materials 25 Aprel 2007 19:48 (UTC +04:00)

Azərbaycan, Gəncə, "TrendLife" / Gəncədə içtimai xadim, yazıçı və loğman Nəriman Nərimanovun anadan olduğu gün qeyd olunub. Tədbir onun adını daşıyan 25 saylı orta məktəbdə təşkil edilib. Yubiley mərasimində Şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev və şəhər içtimaiyyətinin nümayəndələri iştirak edib. Məktəbin direktoru Xanlar Əmiraslanov Nərimanovun həyat və yaradıcılığından, onun Gəncə ilə bağlı gördüyü işlər barədə danışıb. Qeyd olunub ki, 1920-ci ildə Gəncədə kütləvi vəba xəstəliyi yayılarkən Nərimanov Həştərxandan dərman alıb Gəncədə xəstələri pulsuz müalicə edib. Digər çıxış edənlər bildiriblər ki, aprel ayı Nərimanovun anadan olduğu aydır, hər il Gəncədə bu münasibətlə tədbirlər düzənlənir.

Tədbirdə həmçinin məktəblilər Nəriman Həsənzadənin "Nəriman" romanından səhnəciklər göstəriblər. Səhnəciklərdə Nərimanovun gördüyü işlər diqqətə çatdırılıb. Ədibin "Nadir şah", "Nadanlıq" digər əsərləri barədə də yubley iştirakçılarına məlumat verilib.

Xəbər lenti

Xəbər lenti