...

Nizami Paşayev təkzib edir…

Cəmiyyət Materials 30 Aprel 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /müx. " V.Vüqarlı/

Azərbaycanın ən nüfuzlu ağırlıq qaldıranı Nizami Paşayev dopinq qəbuluna görə diskvalifikasiya müddətini çəkir. Onun millinin baş məşqçisi Vahid Nəzərovla barışmaq istəməsi barədə söz-söhbətlər də gəzir. Nizami "TrendLife" müxbirinə bildirib ki: "Mən Nəzərovdan gedib üzr istəmək niyyətində deyiləm. Heç nə etməmişəm, günahım yoxdur. Amma Nəzərov indiyə qədər mənə quyu qazır, idmançı kimi məni məhv etmək istəyir. Məhz onun ucbatından məni "Neftçi" klubundan qovdular. Həmin o klubdan ki, mənə yardım əlini uzatmışdı, orada məşq etməyə şərait yaratmışdı". İkiqat dünya çempionunun diskvalifikasiya müddəti 2008-ci ildə başa çatır.

Xəbər lenti

Xəbər lenti