...

Müstəqil Azərbaycan Universitetinin tələbələrinin iddiası ilə bağlı qərar qəbul edilib

Cəmiyyət Materials 1 May 2007 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Nərimanov rayon məhkəməsində hakim Mehparə Əhmədovanın sədrliyi ilə bu gün Müstəqil Azərbaycan Universiteti tələbələrinin Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Beynəlxalq Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Naxçıvan Dövlət Universiteti, Müstəqil Azərbaycan Universiteti və Azərbaycan Respublikası Hərbi Komissarlığına qarşı İnformasiya sorğusuna cavab verməkdən imtinanın qanunsuz sayılması barədə şikayətiüzrə məhkəmə prosesi yekunlaşıb. Tələbələrin məhkəmədəki nümayəndəsi Nurlana Əliyeva çərşənbə axşamı Trend ə bildirib ki, məhkəmə iddia ilə bağlı yekun qətnamə qəbul edib. Məhkəmə iddianı əsassız saydığı üçün təmin etməyib.

Əliyeva Nərimanov rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti veriləcəyini deyib.

.

Xəbər lenti

Xəbər lenti