...

Azərbaycanın Prezident Aparatının rəsmisi: "Jurnalistlərin barəsində cinayət məsuliyyəti mütləq nəzərdə tutulmalıdır"

Cəmiyyət Materials 7 May 2007 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda söz və mətbuat azadlığına heç bir təhlükə yoxdur. Bu barədə Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bazar ertəsi jurnalistlərə açıqlama verib. O, ABŞ dövlət katibinin müavini Barri Levinktonun Azərbaycanda söz və mətbuat azadlığının təhlükədə olması barədə açıqlamasına münasibətini bildirərkən şərhlər verib.

Həsənovun sözlərinə görə, Azərbaycan dövləti söz və mətbuat azadlığının təminatçısı rolunda çıxış edir. Onun sözlərinə görə, Azərbaycan jurnalistlərinə qarşı baş vermiş xoşagəlməz hadisələri ümumən ölkə mətbuatına şamil etmək olmaz.

Həsənov böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan maddənin Amnistiya Aktına salınmamasına da münasibətini açıqlayıb. O, deyib ki, indiki vəziyyətdə jurnalistlərin bilərəkdən insanlara böhtan atması onların gələcəkdə islah olunmasını çətinləşdirir: "Əgər ictimaiyyət jurnalistlərin belə hərəkətlərinin qarşısını ala bilmirsə, o zaman onların barəsində cinayət məsuliyyəti mütləq nəzərdə tutulmalıdır. Bu maddənin Amnistiya Aktına salınmamasının səbəbi də bununla bağlıdır".

Prezident Aparatı rəsmisi onu da deyib ki, Mətbuat Şurası tərəfindən hazırlanan "Azərbaycanda mətbuatın inkişafına dövlət yardımı" ilə bağlı qanun layihəsi hələ müzakirə olunur. Onun sözlərinə görə, gələcəkdə tətbiq olunması üçün bu sənədə baxılacaq.

Xəbər lenti

Xəbər lenti