...

Azərbaycan və Türkiyə Konstitusiya Məhkəmələri arasında Anlaşma Memorandumu imzalanacaq

Cəmiyyət Materials 8 May 2007 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Türkiyənin Konstitusiya Məhkəməsinin sədri xanım Tulay Tuğcunun başçılığı ilə nümayəndə heyətinin mayın 10-da Azərbaycana rəsmi səfəri başlayır. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend ə bildirilib ki, nümayəndə heyəti Fəxri Xiyabanda sabiq prezident Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və türk əsgərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək.. Səfər çərçivəsində nümayəndə heyətinin Milli Məclisdə, Ali Məhkəmədə, Ədliyyə Nazirliyində görüşləri keçirilcək. Mayın 10-da Azərbaycan Konstitusiya Məhkəməsində Türkiyə nümayəndə heyəti ilə görüş olacaq, Anlaşma Memorandumu imzalanacaq və mətbuat konfransı keçiriləcək. Türkiyə nümayəndə heyəti Heydər Əliyev Fondunda, Atatürk Mərkəzində, "Atəşgah"da, Şirvanşahlar, Miniatür kitab və "Azər-İlmə" muzeylərində olacaq.

Xəbər lenti

Xəbər lenti