...

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri azərbaycanlı əsirlə görüşüb

Cəmiyyət Materials 14 May 2007 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri İrəvanda saxlanılan ötən il dekabrın 24-də ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, kiçik çavuş Samir Məmmədovla görüşüb. Əsirin əmisi Vidadi Məmmədov bildirib ki, BQXK-nın nümayəndələri Məmmədovun səhhətinin normal olduğunu, onunla vaxtaşırı görüşəcəklərini deyiblər. Onlar əsirin ailəsinə məktub yazmaq və ailəsinin məktublarını qəbul etmək istəmədiyini bildiriblər.

Qazax rayonundakı N saylı hərbi hissənin əsgəri, Bərdə rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılan Məmmədov hərbi hissədən 15 kilometr aralıda, Qazax-İcevan sərhədində ermənilər tərəfindən əsir götürülüb.

Xəbər lenti

Xəbər lenti