...

Azərbaycanın keçmiş iqtisadi inkişaf nazirinin şikayəti üzrə Avropa Məhkəməsi ilə yazışma başlayıb

Cəmiyyət Materials 14 May 2007 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbəliyeva/ Azərbaycanın keçmiş iqtisadi inkişaf nazirinin Avropa Insan Haqları Məhkəməsinə şikayəti əsasında yazışma başlayıb. Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun bildirdiyinə görə, Avropa Məhkəməsi Azərbaycandan avqust ayına qədər bu iş üzrə məlumat təqdim olunmasını tələb edir.

Eks-nazir Avropa insah hüquq və azadlıqları konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 8-ci (şəxsə və onun ailə həyatına hörmət) maddələrinin pozulması şikayəti ilə Avropa Məhkəməsinə müraciət edib.

Əsgərov bildirib ki, hazırda Avropa Məhkəməsi ilə 30 iş üzrə yazışma aparılır.

Sabah Ağır cinayətlərə dair işlər üzrə Məhkəmədə Tofiq Paşayevin rəhbərliyi ilə keçmiş iqtisadli inkişaf naziri, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun prezidenti Rafiq Əliyev və təqsirləndirlən 17 nəfərin işi üzrə hazırlıq iclası keçiriləcək.

Aşağıdakı maddələr üzrə ittiham irəli sürülüb: 179.3.1, 179.3.2 (mənimsəmə, yaxud israfçılıq); 192.1, 192.2 (qeyri-qanuni sahibkarlıq); 206.4 (qaçaqmalçalıq); 213.4 (vergidən yayınma); 308.2 (səlahiyyətli şəxsə zor tətbiq etmə); 311.3.1, 311.2, 311.3.3 (rüşvətxorluq).

Xəbər lenti

Xəbər lenti