...

Azərbaycanda havanın temperaturu yenə də yuksələcək

Cəmiyyət Materials 21 May 2007 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Həftə ərzində Azərbaycanda hava şəraiti sabit və norma daxilində keçəcək. Bu barədə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, indi mövcud olan günəşli hava şəraiti yenə davam edəcək və bu, konfort xəttindədir.

Tağıyeva bildirib ki, bu müddət ərzində güclü cənub küləyi hökm sürəcək. Bakı və Abşeron yarımadasında və Aran rayonlarında gündüz saatlarında maksimal temperatur 30-32 dərəcə olacaq.

Xəbər lenti

Xəbər lenti