...

Azərbaycanın sabiq iqtisadi inkişaf nazirinin işi üzrə məhkəmə davam edir

Cəmiyyət Materials 21 May 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bazar ertəsi Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri in, qardaşı Rafiq Əliyevin və daha 17 nəfərin məhkəməsinə hazırlıq iclasında ötən prosesdə vəkillərin təqsirləndirilən şəxslərlə bağlı bir sıra vəsatətinə dair məhkəmə qərarları elan edilib. Qeyd edək ki, F.Əliyevin və R.Əliyevin vəkilləri cinayət işinin ibtidai istintaqa qaytarılmasına, digər təqsərlindirilən şəxslərin vəkilləri isə hüquqlarını müdafiə edtikləri şəxslərin barələrindəki cinayət işinə xitam verilməsinə dair vəsatətlər vermişdilər.

Məhkəmə tərkibi belə nitəcəyə gəlib ki, sübutlar məhkəmədə araşdırılmadığı üçün vəsatətlər rədd edilməlidir. F.Əliyevin və R.Əliyevin vəkilləri həmçinin hər 2 şəxsin barəsindəki həbs qəti imkan tədbirinin müddətinin bitdiyini əsas gətirərək, onların azadlığa buraxılmasına dair də vəsatət vermişdilər. Lakin məhkəmə tərəfi belə nəticəyə gəlib ki, hər 2 şəxs barəsindəki həbs qəti imkan tədbirinin müddəti aprelin 19-da başa çatıb, lakin cinayyət işinin materialları məhkəməyə aprelin 17-də verilib. Deməli, ibtidai istintaq qanunla müəyyən edilmiş həbsdə saxlama müddətinə əməl edib. Buna görə də vəsatətlər əsasızdır.

Fərhad Əliyevin və daha 18 nəfərin işi üzrə məhkəmə baxışı mayın 30 təyin edilib.

Xəbər lenti

Xəbər lenti