...

Dövlət orqanlarındakı vakant vəzifələrə təyin edilmək üçün 29 nəfər təqdim edilib

Cəmiyyət Materials 23 May 2007 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Dövlət orqanlarındakı vakant dövlət qulluğu vəzifəsinə keçirilmiş imtahanlarda müvəffəqiyyət qazanmış namizədlərdən 29-u ikinci mərhələdən keçərək vəzifəyə təyin edilmək üçün müvafiq dövlət orqanlarının rəhbərlərinə təqdim edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan çərşənbə günü Trend ə bildirilib ki, mayın 8-dən 22-dək 148 namizədlə söhbət aparılıb. Onlardan 29-u iddia etdiyi vəzifəyə uyğun hesab edilib. Bu mərhələdən keçmiş namizədlərdən 9-u Sənaye və Energetika Nazirliyi, 5-i Mədəniyyət və Turizm Nazirliyi, hər biri 3 nəfər olmaqla Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müvafiq vəzifələrə təyin olunmaq üçün təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilk dəfə olaraq aprelin 28-də 15 dövlət orqanında mövcud olan 189 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün imtahan keçirib. İmtahanda 325 namizəd ikinci mərhələdə iştirak etmək imkanı qazanıb. Digər namizədlərlə müsahibə isə davam edir.

Xəbər lenti

Xəbər lenti