...

Kürün səviyyəsi aşağı düşür

Cəmiyyət Materials 24 May 2007 11:23 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədli/ Kürün aşağı axarında vəziyyət sabitləşir. Araz su anbarından axıdılan suyun həcminin iki dəfə azaldılması artıq Kürün aşağı axarlarında hiss olunmağa başlayıb. Sabirabad rayonunun ərazisində Kürün səviyyəsi 20 santimetr düşüb. Salyanda isə sutkalıq artım azalaraq 6 santimetr olub. Hazırda çaydan saniyədə 1800 kubmetr su keçir ki, bu da təhlükəli vəziyyətin hələ də qaldığından xəbər verir.

Dünən Qarabağlı kəndində bənddən sızan sular 15 hektar əkin sahəsini basıb, Qardaşbəyli kəndində isə uçmuş bəndi gecə saatlarında tamamilə bərpa etmək mümkün olub. Təcili görülmüş tədbirlər nəticəsində kəndə dolmuş su kollektorlara axıdılıb. Lakin subasma nəticəsində ərazini tərk etməyə məcbur olmuş 20-yə yaxın sakin hələ də evlərinə qayıtmayıb. Salyan inzibati mərkəzinin sahilə bitişik həyətlərində isə qrunt sularının səviyyəsi qalxmaqda davam edir.

Xəbər lenti

Xəbər lenti