...

Əli İsmayılov Sankt-Peterburqda reytinq döyüşü keçirəcək

Cəmiyyət Materials 24 May 2007 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı peşəkar-boksçu Əli İsmayılov növbəti reytinq döyüşünü iyunun 23-də Sankt-Peterburqda keçirəcək.

WBO-Latino kəmərinin sahibi bildirib ki, görüş ənənəvi peşəkar boks gecəsi çərçivəsində keçiriləcək. Bu gecə Aleksandr Yaqupovun prezidenti olduğu "Yaqupov və Co" promouter şirkəti tərəfindən təşkil ediləcək.

"Rəqibimin adı hələlik bəlli deyil, onun kimliyi yalnız gələn ayın əvvəlində bilinəcək. Güman ki, bu, MDB-dən olan boksçu olacaq. Ona qarşı səkkizraundluq görüş keçirəcəm" - deyə Əli bildirib.

O, həmçinin qeyd edib ki, gələcək görüş WBO-Latino titulunun müdafiəsinin hazırlıq mərhələsi ola bilər. Fevral ayında bu titulu qazanan Əli bir neçə aydan sonra onu müdafiə etməlidir.

Xəbər lenti

Xəbər lenti