...

Rəşid Behbudovun ölümünün 19-cu ildönümü Mahnı Teatrında qeyd olunacaq

Cəmiyyət Materials 4 İyun 2007 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /müx.TrendLife Eldar Hüseynzadə/İyunun 9-da müğənni Rəşid Behbudovun ölümünün 19-cu ildönmü qeyd olunacaq. TrendLife-ın verdiyi məlumata görə, bununla bağlı tədbir Mahnı Teatrında keçiriləcək.

Teatrın kollektivi həmin gün onun məzarını ziyarət edəcək, məzarı üstünə gül çələngi qoyacaq. Həmin günün axşamı isə teatrda konsert olacaq. Konsertdə Rəşidə Behbudova, Bilal Əliyev, Təranə Muradova, İlham Abdullayev çıxış edəcəklər.

Onu da qeyd edək ki,teatr belə tədbirləri müğənnin ya doğum günündə, yəni 25 dekabrda, ya da vəfat etdiyi gün - 9 iyunda keçirir.

Xəbər lenti

Xəbər lenti