Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində yaşayan erməni əsilli Süleymanyan Valeri Surenoviç cəbhə xəttində əsir düşüb. Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bazar ertəsi Trend ə bildirib ki, Süleymanyan geri qayıtmaq istəmədiyini bildirib.
Əsir Azərbaycan tərəfindən üçüncü dövlətə təhvil verilməsini xahiş edib. Hazırda faktla bağlı araşdırma aparılır. Babayev bildirib ki, yaxın günlərdə araşdırmanın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək