...

Filarmoniyanın direktoru Murad Adıgözəlov: "Konserti ad gününə çevirmək, ildə bir dəfə konsert vermək düzgün deyil"

Cəmiyyət Materials 13 İyun 2007 19:21 (UTC +04:00)
Azərbaycan, Bakı, 13 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Ən əvvəl mən Bəstəkarlar İttifaqının qurultayının açılışı ilə bağlı Filarmoniyanın drektoru Murad Adıgözəlovun fikrini öyrənmək istədim. Nəticədə balaca bir söhbət geniş müsahibəyə çevrildi. İndi isə onu TrendLife-nin ocucularına təqdim edirik:
Filarmoniyanın direktoru Murad Adıgözəlov: "Konserti ad gününə çevirmək, ildə bir dəfə konsert vermək düzgün deyil"

Azərbaycan, Bakı, 13 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Ən əvvəl mən Bəstəkarlar İttifaqının qurultayının açılışı ilə bağlı Filarmoniyanın drektoru Murad Adıgözəlovun fikrini öyrənmək istədim. Nəticədə balaca bir söhbət geniş müsahibəyə çevrildi. İndi isə onu TrendLife-nin ocucularına təqdim edirik:

- Əlbəttə, Bəstəkarlar itiifaqının qurultayı ən yadda qalan hadisələrdən biri oldu. Bu mütləq idi. Birincisi dinləyicilər, ifaçılar, əsası isə bəstəkarlar üçün. Bəstəkarlıq çox çətin sənətdir. Əvvələr bizim tanınmış musiqiçilərimiz hər zaman bəstəkarlarla əməkdaşlıq edirdilər. Mən həmişə öz tələbələrimə məsləhət verirəm ki, bizim gənc bəstəkarlarımızın əsərlərini ifa etsinlər. Çünki ümüd yoxdur. Həyat necə olacaq. Nələr baş verəcək. Məlum deyil, neçə illərdən sonra gənc bəstəkar dünyada tanınacaq, ya yox. Arif Məlikov və ya Firəngiz Əlizadə oxuduğu vaxtlarda heç kim bilmirdi ki, onlar bu gün tanınacaqlar, seviləcəklər. Mən hələ onlardan əvvəl olanları demirəm. Qurultay böyük bayramdır. Mən bəstəkarların üzündə olan sevincli həyəcanı hiss edirəm.

- Nə üçün indi adlı bəstəkarlar azdır? Əsasən eşidilən Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirovun adlarıdır.

- İndi hələ yaxşı imkanlar var. Beynəlxalq müsabiqələrdə öz əsərlərini göstərmək imkanı çoxdur. Mən bəzi gənc bəstəkarlar tanıyıram ki, Avropa musiqiçiləri ilə əlaqələri var. Gənclər onlara öz əsərlərini verirlər və onlar da onu qiymətləndrirlər, hətta bəziləri o əsərləri ifa edir. Sadəcə ola bilər ki, bu haqda mətbuatda az yazılır. Ancaq bu haqda yazmaq vacibdir. Axı yazılsa, musiqiçi kimi məşhurlaşarlar. KİV-in sayəsində xalqımız bol-bol informasiyalar alır. Vətən öz qəhrəmanlarını tanımalıdır.

- Buna baxmayaraq gənc bəstəkarlar çox azdır?

- Proqramın birinci günü gənc bəstəkarın əsəri ifa olundu. Onun Adı Vaqif Allahverdiyevdir. Bu gənc Ceyhun və Vasif Allahverdiyevlərin qardaşıdır. Onlar çox istedadlı gənclərdir. Onlar Arif Məlikovun sinfini bitiriblər. Vasif onlardan böyükdür. Mən hesab edirəm ki, onların uğurlu gələcəkləri var. Ceyhun özü həm əsərlər yazır, həm də onları ifa edir. Bu çox rahatdır. Bəzi bəstəkarlar ifa edə bilmədikləri üçün çox əziyyət çəkirlər. Fikirləşirəm ki, əgər qurultaylar sistematik keçirilsə, gənc bəstəkarlar da üzə çıxacaq.

- Əgər istedadlı gəncin on yeddi yaşı yoxdursa, bu, onun üçün mənfi hal sayılır?

- Əlbəttə. Bu çox vacibdir. Mədəniyyət və turizm naziri bu layihəni dəstəkləyir. Nazir Əbülfəs Qarayev açılışda iştirak etdi. Əgər Vasif Adıgözəlov sağ olsaydı, tədbir bundan da yüksək səviyyədə keçərdi. Düzdür, o, indi aramızda yoxdur, lakin onun musiqisi həmişə dinlənəcək. Mən bəyaq dedim, bəstəkarların işi çox çətindir. Bəstəkar yaza bilər, lakin yazdıqları elə masanın üstündəcə qala bilər. Eyni zamanda onlar çox xoşbəxt insanlardır. Onlar olmasa belə, musiqiləri həmişə yaşayacaq və səslənəcək.

- Ancaq bəstəkar məktəbinin səviyyəsi sovet dövrü ilə müqayisədə aşağı səviyyədədir?

- Bilirsiz musiqilər özləri də çox dəyişib. Hazırda müasir musiqilər çox yazılır. Dünyada elə musiqiçilər var ki, onlar yalnız belə mahnılar ifa edirlər. Adama elə gəlir ki, müasir musiqilərə qulaq asanda işləməyə davam etmək istəyirsən.

- Siz müasir musiqi ifa edirsiniz?

- Bəli. Məsələn, Firəngiz ƏIlizadənin "Muzik fortepiano" əsərini. Bu, çox effektli əsərdir. Başqa bir misal olaraq onun müəllimi olan Qara Qarayevin əsərlərini. Qara Qarayev gələcəyi görən adam idi. O bilirdi, nə ola bilər. Mən bir çox gənc bəstəkarların əsərlərini də ifa edirəm. Öz diskimdə Kəmalə Əlizadənin əsərlərini yazdırmışam. O, çox yaxşı əsərlər yazır. Mən onları fortepianoda ifa etmişəm. Çox maraqlı əsərlərdir. Özünün dəsti-xətti var. Əlbəttə, bəziləri deyir ki, onun əsərləri Arif Məlikovun əsərlərinə bənzəyir. Mən Bədəlbəylinin məktəbini keçəndə hamı deyirdi ki, mən onun kimi ifa edirəm. Əgər sən müəllimindən öyrənirsənsə, əlbəttə, onun hansısa izi qalır. Bu normal haldır.

- Yenə də gənc musiqiçilərdən danışmaq istərdim. Axı pianoçular da azdır.

- Bu yaxınlarda gənc pianoçuların müsabiqəsi keçirilib. Mütləq ümumi səviyyəni qaldırmaq lazımdır. Əlbəttə, gənc pianoçular var ki, onlar harasa gedirlər, hansısa müsabiqədə iştirak edirlər. Məsələn, Bülbül adına məktəbdən bir qız İtaliyada birinci mükafatı alıb. Təəssüf ki, mən onun adını deyə bilməyəcəm. Əsas odur ki, diplom alıb, evə atmayasan. Daha doğrusu, arxayınlaşmayasan. Mənim fikrimcə, müsabiqədə əsas qalib olmaq deyil. Ən başlıcası musiqi aləmində ciddi adımlar atmaq və ona daha da ciddi yanaşmaqdır. Bəzi bəstəkarlar iki-üç mukafat alan kimi öz karyeraları ilə vidalaşırlar. Əlbəttə, karyera qurmaq özü də asan iş deyil, ancaq ciddi məşğul olsan, hər şeyə nail olmaq olar. Biz elə bir ölkədə yaşayırıq ki, konsert vermək o qədər də çətin deyil. Pianoçu hər yerdə ifa edə bilər. Kapelxausdan tutmuş filarmoniyaya qədər. Sadəcə çalışmaq lazımdır. Mən gənc ifaçılara nə arzu edə bilərəm? Onlar öz repertuarlarını genişləndirsinlər, tez-tez konsert versinlər. Konserti ad gününə çevirmək və ildə bir dəfə konsert vermək, düşünürəm ki, düzgün deyil. Çox ifa etmək lazımdır, bu da mümkündür. Mən bunu öz təcrübəmdən bilirəm.

Xəbər lenti

Xəbər lenti