...

Gürcüstan Təhsil Nazirliyi Azərbaycan tərəfinin təşəbbüsü ilə bağlı fikir bildirib

Cəmiyyət Materials 14 İyul 2007 11:40 (UTC +04:00)

Gürcüstanın Təhsil və Elm Nazirliyi Azərbaycan tərəfinin Azərbaycan məktəblərinin bağlanması və bu məktəblərin əvəzinə gürcü məktəblərinin açılması təşəbbüsünə fikir bildirib. GHN agentliyinin verdiyi məlumata görə, bu, azərbaycanlı əhalinin gürcü cəmiyyətinə inteqrasiyasına kömək edəcək. Milli tədris planları və qiymətləndirmə mərkəzinin direktoru Simon Canaşiyanın verdiyi məlumata görə, Azərbaycan tərəfinin həmvətənlərinin gürcü dilini yaxşı öyrənməsi arzusu təqdirəlayiqdir, belə ki, bu onların inteqrasiyasına təsir göstərir, "Gürcüstan Online"nin verdiyi məlumatda belə deyilir.

"Biz Gürcüstan azərbaycanlılarına gürcü dilini öyrənməkdə, eyni zamanda doğma dilini itirməməkdə köməklik göstəririk. Gürcüstandakı Azərbaycan məktəblərinin tamamilə bağlanması tələbi bizim qanunvericiliyə və beynəlxalq hüquq normalarına ziddir. Azərbaycan əhalisi seçim imkanına malik olmalıdır" - deyə Canaşiya bildirib. Hazırda Gürcüstanda etnik azərbaycanlıların ana dilində təhsil ala biləcəyi 150 Azərbaycan məktəbi var.

Xəbər lenti

Xəbər lenti