Azərbaycan, Bakı, 16 iyul /müx.TrendLife Tayfun Eloğlu/Yerli estrada ulduzlarının arzuları müxtəlifdir. Kimisi toylardan qazanmaqla, kimisi superklip çəkdirməklə, bəzildəri isə şlyaqer olmaqları ilə fəxr edirlər. "N-brother" qrupunun rəhbəri Namiq qardaşın TrendLife-a verdiyi məlumata görə, onun arzusu yerinə yetib. "Nəhayət ki, arzum yerinə yetdi. Mən NB-Production yaratdım. Burda səsyazma studiyası, montaj edən qurğular, professional rejissorlar və operatolarla birgə əməkdaşlıq etmək mümkün olacaq.
Yeri gəlmişkən, NB-Productionun ilk işi "N-brother" qrupunun "Gözəlçə" mahnısına klip çəkmək olacaq. Mahnının musiqisi Xanım İsmayılqızının, sözləri Tamara Vəliyevanındır. Bundan başqa, "Azərbaycan nəğməsi"nə də klip çəkiləcək. Mahnının sözləri və musiqisi Nicat Zeynalovundur.