...

Türkiyədə həbs olunan Azərbaycana vətəndaşının məhkəməsi başlayıb

Cəmiyyət Materials 20 İyul 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ötən ay İnterpol əməkdaşları tərəfindən Türkiyədə həbs olunaraq Azərbaycana ekstradisiya edilən Şahin Axundovun işi üzrə hazırlıq iclası keçirilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Nüşabə Ağayevanın sədrliyi ilə keçirilən iclasda iş üzrə məhkəmə baxışı avqustun 1-nə təyin olunub.

Axundov 2005-ci il dekabrın 18-də Türkiyə səfirliyinin yerləşdiyi binanın qarşısında dostu Anar İsmayılovun avtomobilinə atəş açaraq, ona ağır bədən xəsarəti yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və barəsində axtarış elan olunub. "İnterpol"un Azərbaycan Milli Mərkəzi Bürosu əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabrında Türkiyədə saxlanılan Axundov bu il iyunun 5-də Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti