...

Milli QHT Forumunun prezidenti: "QHT-lərlə iş üzrə qurumun yaradılması ilə bağlı təkliflər zərfi hökumətə təqdim olunacaq"

Cəmiyyət Materials 1 Avqust 2007 12:41 (UTC +04:00)
Milli QHT Forumunun prezidenti: "QHT-lərlə iş üzrə qurumun yaradılması ilə bağlı təkliflər zərfi hökumətə təqdim olunacaq"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda qeyri-hökumət təşkilatlarla (QHT) iş üzrə dövlət qurumunun və fondun yaradılması ilə bağlı təkliflər zərfi hazırlanaraq hökumətə təqdim olunacaq. Bu barədə çərşənbə günü Azərbaycan prezidentinin QHT-lərə dövlət yardımının edilməsi konsepsiyasına dair sərəncamın imzalanması ilə bağlı keçirilən Dəyirmi masada Milli QHT Forumunun prezidenti Azay Quliyev məlumat verib. Onun sözlərinə görə, bu sərəncam QHT-lərin və vətəndaş cəmiyyətinin inkişafına, cəmiyyət daxilində dialoqun yaradılmasına böyük təkan verəcək.

Tədbirdə iştirak edən Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin sektor müdiri Ərəstun Orucov isə bildirib ki, bu sərəncamın imzalanması ilə yeni mərhələyə qədəm qoyulub və dövlətin vətəndaş quruculuğu, demokratik islahatlarla bağlı siyasətinin inkişafıdır.

Xəbər lenti

Xəbər lenti