Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Ümumdünya həvəskar boks Assosiasiyasının (AIBA) prezidenti Vu Çinq-Kuo avqustun sonunda Bakıda keçiriləcək gənclər arasında dünya birinciliyinə gələcək.
Bu, Tayvan təmsilçisinin Azərbaycan paytaxtına ilk səfəri olacaq. Vu Çinq-Kuo bu vəzifəyə ötən il Dominikan Respublikasında keçirilən Konqresdə seçilib. Güman olunur ki, o, azərbaycanlı həmkarı Ağacan Əbiyev, habelə gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə görüş keçirəcək.
Bakıda keçiriləcək mundialda iştirak etmək üçün otuz ölkə müraciət göndərib. Onların arasında Kuba, ABŞ, Rusiya, Ukrayna, Hindistan, Koreya və digərləri var.