...

"Bizim yol" qəzetinin əməkdaşının həbsindən verilən şikayət üzrə apellyasiya iclasının vaxtı dəqiqləşib

Cəmiyyət Materials 1 Avqust 2007 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Rüşvət almaqda şübhəli bilinərək həbs edilən "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynov haqda seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verlimiş apellyasiya şikayətinə avqustun 3-də saat 12.00-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Bu barədə çərşənbə günü Bakıda vəkil Vüqar Xasayev məlumat verib.

Vəkil qeyd edib ki, şikayətə hakim Rəhman Mirzəyevin sədrliyi ilə baxılacaq.

"Bizim yol" qəzetinin əməkdaşı Hüseynov iyulun 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından 3500 dollar rüşvət alarkən hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Onun haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə cinayət işi qaldırılıb. Nəsimi Rayon Məhkəməsi Hüseynov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçib. Jurnalist özünə qarşı irəli sürülən ittihamları rədd edir.

Xəbər lenti

Xəbər lenti