...

Müsahibə: İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti Məhkəmənin prosedurların sadələşdirilməsi üçün əlavə yolların axtarılmasının vacib olduğunu bildirir

Cəmiyyət Materials 1 Avqust 2007 16:59 (UTC +04:00)
Müsahibə: İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti Məhkəmənin prosedurların sadələşdirilməsi üçün əlavə yolların axtarılmasının vacib olduğunu bildirir

Trend in İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (European Court of Human Rights of the Council of Europe) prezidenti Jan pol Kosta (Jean-Paul Costa) ilə müsahibəsi

-Bu yaxınlarda Avropa Birliyinin əsas hüquqlar üzrə Agentliyi yaradılıb. Yeni strukturun fəaliyyəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin işinə necə təsir göstərir?

-İlk növbədə qeyd etmək istərdim ki, mən heç vaxt Avropa Birliyi tərəfindən insan hüquqları sahəsində Avropa Şurası və onun institutları ilə rəqabətə yönəlmiş səylərin şahidi olmamışam. Əgər biz həqiqətən də Avropada insan hüquqlarının müdafiəsini gücləndirmək istəyiriksə, bu halda biz bu istiqamətdə irəli sürülən təşəbbüsləri dəstəkləməliyik.

Bu sahədə Avropa Biriyinin və Avropa Şurasının səyləri əlavədir və əlavə olaraq da qalmalıdır. Bu mənada mən bu yaxınlarda Avropa Birliyinin Brüsseldə keçirilən sammitində yeni islahatlara Avropa Birliyinin insan hüquqları üzrə konvensiyaya qoşulması öhdəliklərinin də daxil olması barədə qəbul olunmuş qərarı dəstəkləyirəm. Əsas hüquqlar üzrə Agentliyə gəldikdə isə mən agentliyin məhkəmənin işinə birbaşa təsirini görmürəm, bir halda ki, onların vəzifələri tamamilə fərqlidir. Agentlik üzv dövlətlərə qarşı fərdi şikayətlər ilə bağlı qərarları nəzərdən keçirmək və qərarlar qəbul etmək səlahiyyətlərinə malik olan məhkəmə orqanı deyil. Agentliyin fəaliyyət istiqamətini məlumatın toplanması, araşdırmalar, təhlil və məlumatlıq səviyyəsinin qaldırılması təşkil edir. Bu orqan Məhkəməyə və Avropa Şurasına (hansı ki agentliyin direktorluğunda nümayəndəyə malikdir) geniş perspektivdə və insan hüquqlarının müdafiəsində kömək edə bilər.

-Bütün dünyada, xüsusilə Avropada baş verən prosesləri nəzərə alsaq Avropa Məhkəməsinin gələcəyi və onun ümumavropa hüquq qaydasında missiyasını necə görürsünüz? Məhkəmə yarım əsrdən çox bir müddətə işlənib hazırlanmış prinsiplərinə sadiq qalacaqmı?

-Mən hesab edirəm ki, Avropa konvensiyası tərəfindən insan hüquqları ilə bağlı yaradılmış sistem öz mühümlüyünü sübut edib və beynəlxalq insan hüqüuqlarının müdafiəsinin daha yaxşı sisteminə malik olan belə bir təşkilat yoxdur. Mən deyərdim ki, Avropa konvensiyası sistemi beynəlxalq hüquqa nəzarət etmək məqsədilə yaradılan nəzarət mexanizmləri üzrə aparıcı model olaraq qalır. Avropa Məhkəməsinin missiyası dünyanın beynəlxalq ədalət məhkəməsinin effektivliyinə artan tələbabatla əlaqədar olaraq daha da vacibləşir.

Eyni zamanda əgər problemlər və simstemin fəaliyyət göstərdiyi mühit dəyişsə belə onun bazası 1950-ci ildə malik olduğu təsir qüvvəsinə malikdir. Sabit və sülhün hökm sürdüyü Avropanı qoruyub saxlamağın ən yaxşı yolu kollektiv mövcudluq prinsipinə əsaslanmış daxili təhlükəsizlik üzrə məhkəmə mexanizmi vasitəsilə demokratiyanı və qanunun aliliyini təmin etməkdir. Məhkəmə bu prinsiplərə sadiq olacaqmı?

Bir tərəfdən məhkəmə onun səlahiyyətlərini müəyyən edən əsas qanunların əsasında qərəzsiz olaraq fəaliyyət göstərən müstəqil məhkəmə orqanı olaraq qalacaq. Konvensiya heç zaman hərəkətsiz olmayıb və biz bunu həyat aləti adlandırırıq. Bu dinamik xarakter cəmiyyətdə və texnologiyada baş verən dəyişikliklərə uyğunlaşmaq üçün vacibdir.

Məsələn, 1950-ci ildə şəxsi və ailə həyatı terminləri altında başa düşülən anlayışlar 2007-ci ildə bu terminlər altında başa düşülən anlayışlardan fərqlənir. Beləliklə, Məhkəmə bu illər ərzində Konvensiyanın şərtlərini çox uyğun şəklə salıb.

- Hazırda İnsan Hüquqları üzrə Avropa Məhkəməsində 90 mindən çox şikayət baxılacağı günü gözləyir. Bu günə qədər 14 saylı protokol ratifikasiya edilməyib və "Müdriklər qrupu"nun təklifi bəyənilmir. İnsan Hüquqları ilə bağlı Avropa Məhkəməsinin gələcəyini necə görürsünüz?

- Mən 14 saylı protokolun qüvvəyə minməsinin vacib olduğuna təkid edir və Avropa Birliyinin protokolu ratifikasiya etməyən yeganə dövləti olan Rusiyanı bu istiqamətdə lazımi addımlar atmağa inandırıram. Eyni zamanda hesab edirəm ki, Avropa Birliyi "müdriklər qrupu"nun işini əsas götürməlidir.

Biz məhkəmənin prosedurlarının sadələşdirilməsi üçün əlavə yollar axtarmalıyıq. Biz əmin olmaq istəyirik ki, Məhkəmə mühüm işlərin, xüsusilə də milli qanunvericilik sisteminə təsir göstərən işlərin araşdırılmasına kifayət qədər vaxt ayırmağa qadirdir. Lakin bütün bunlar milli səviyyədə yerinə yetirildikdən sonra effektiv ola bilər, belə ki biz də Məhkəməyə olan müraciətlərin sayını həyata keçirilə bilən səviyyəyə qədər azalda bilək.

Bir sıra ölkələrdə milli məhkəmələr konvensiyaya, sonra isə presedent hüquqa müraciət edirlər. Bu halda Strasburq Məhkəməsi əvvəlcədən nəzərdə tutulduğu kimi sonuncu məhkəkə instansiyasına çevrilir.

- Keçmiş SSRİ ölkələrindən hansından daha çox şikayətlər daxil olur? Keçid dövrü yaşayan ölkələrin məhkəmə üsulu sistemində əsas problemlər hansıdır?

- Sirr deyil ki, Rusiya Federasiyası şikayətlərin daha çox daxil olduğu dövlətdir (22%). Eyni zamanda bir sıra ölkələrdə adambaşına düşən şikayət daha yüksəkdir, məsələn, Sloveniya, Çexiya, Latviya, Rumıniya, Polşa, Xorvatiya... Dövlət əleyhinə çoxsaylı şikayətlər bu ölkədə insan hüquqlarının müdafiəsi səviyyəsinin mütləq göstəricisi deyil. Bəzi hallarda şikayətlər qəbuledilməz olur, bəzən isə vətəndaşların Avropa Məhkəməsinə şikayət etməsi əhalinin hüquqi cəhətdən savadlı olması ilə izah olunur.

Bütün ölkələrdəki problemlər fərqlənir, qeyri-adi problemlərə səbəb olan mütəlif vəziyyətlər mövcuddur.

Ölkənin leqal sistemini qanunun aliliyi prinsipinin dərk ediilməsinə uyğunlaşdırmaq üçün vaxt lazımdır, bu həmçinin müvafiq maliyyələşmə də tələb edir.

Bəzi problemlər müəyyən ölkələr üçün tipikdir. Məsələn, məhkəmənin yekun qərarlarının yerinə yetirilməməsi bir sıra ölkələrdə qarşılaşdığımz problemlərdən biridir. Milliləşdirilmiş mülkiyyətin restitusiyası üzrə təqdim olunmuş proqramlar bir sıra ölkələrdə problemlərin baş qaldırmasına səbəb olub. Bir sıra sistemlərə Baş Prokurorun müraciət etdiyi halda məhkəmənin yekun qərarını ləğv etməyə icazə verilib. Məhkəmə proseslərinin uzadılması bir çox ölkələrdə, həmçinin inkişaf etmiş demokratik ölkələrdə xroniki problemdir.

- Yaxın gələcəkdə Cənubi Qafqaz ölkələrinə, xüsusildə də Azərbaycana səfər etməyi planlaşdırırsınızmı?

- Ermənistana payızda, Azərbaycana isə may ayında səfər etməyi planlaşdırıram.

Xəbər lenti

Xəbər lenti