...

Müğənni Səməd Səmədov: "Bakı şansonu məhv olur"

Cəmiyyət Materials 13 Avqust 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / "TrendLife" müxbir S. Vəliyev/ O vaxtlar ki, təyyarə üçün xalça təmiz Xorasan yunudan toxunurdu, Bağdaddan Dəməşqə bir gecəyə uçulurdu biz gözəl Bakıda yaşayırdıq. Burada yalnız yazılı qanunlar yazılmamış Konstitusiya fəaliyyət göstərirdi. O yalnız bir maddədən ibarət idi. Uşaqlar ana südü yeməlidirlər. Bu maddədə deyilirdi ki "Şəhərin bütün insanları bir millətə məxsusdur" Bu millət çox sevilirdi. İndi də Bakı şansonu sevilir. Lakin təssüflər olsun ki, yavaş yavaş itmək üzrədir. Eyyub Yaqubov, İlqar Sail, Arzu Rzayev, Səməd Səmədov paytaxtın əsl mədəni təməlini toylarda qoruyub saxlayırlar. Müğənninin "TrendLife"a söylədiklərinə görə Moskvada yəhudi toylarında bakı şansonu sözün əsl mənasında "açılır".

- Bakı dağ yəhudiləri artıq 25 ildir ki, məni və Ruhəngiz Allahverdiyevanı öz toylarına dəvət edirlər. Və toyda yalnız Bakı şansonu ifa etməyimizi xahiş edirlər.

-Belə çıxır ki, Bakı şansonunu yalnız yəhudilər qiymətləndirir?

-Yox əlbətdə ki. Yerigəlmişkən belə tədbirlərdə qonaqlar bizim mahnıları da dinləməyi sevirlər. Məsələn, Aşıq Samirəyə və Konul Kərimovaya qulaq asırlar. Bakı şansonunun komponentlərindən biri də hissələrin birini rus dilində oxumaqdır. Lakin indi rus dili yavaş-yavaş teleefirdən itir. ATV sağ olsun ki, filmləri rusca verir.

- Nə etmək olar. İnsanların ürəyi həmişəki kimi bakı şansonunu istəyir.

-Mən açıq söyləyirəm ki, nə Səməd Səmədov, nə Arzu Rzayev, nə İlqar Sail, Eyyub Yaqubovla müqayisə oluna bilməz. Baxmayaraq ki, məni "toylar kralı" adlandırırlar, lakin Rusiyada ermənilər və ruslar Eyyuba qulaq asırlar. Mənim hətta maşınımda onun diski var. Mən də onu dinləməyi sevirəm. Və ona çox sağ ol deyirəm ki, Bakı şansonunu qoruyub saxlayır.

Xəbər lenti

Xəbər lenti