...

Azərbaycanlı müəllimlər ABŞ-da ixtisasartırma kursları keçəcəklər

Cəmiyyət Materials 20 Avqust 2007 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ Azərbaycanda Ali təhsil məktəblərinin gənc müəllimlərinin inkişafı proqramı (Junior Faculty Development Program - JFDP) həyata keçirilir. Hər il illik təcrübəsini davam etdirmək üçün Azərbaycandan ABŞ-a 1-2 müəllim göndəriləcək.

Bu barədə bazar ertəsi Amerikan Biznes Mərkəzində mətbuat konfransında ABŞ Təhsil Şurasının Bakı ofisinin rəhbəri Şeyn Ostin bildirib. Proqramın əsas məqsədi - tədris sahəsində təcrübə alınmasıdır.

Müsabiqədə iştirak etmək üçün mütləq şərt iki illik pedaqoji iş təcrübəsi və ingilis dilinə mükəmməl yiyələnməkdir.

Treninqi qurtardırdıqdan sonra müəllimlər sertifikat alacaqlar.

İştirak üçün ərizələrin son qəbul tarixi 24 avqustdur.

Xəbər lenti

Xəbər lenti