Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Neftçi"nin forvardı Branimir Subaşiç Azərbaycan çempionatında bombardirlərin mübarizəsində birinci yerə yüksəlib.
Birinciliyin üçüncü turunda "Qəbələ"nin qapısına vurduğu qol Subaşiçə bombardirlərin yarışında irəli çıxmağa imkan yaradıb. "Neftçi" adı çəkilən komanda ilə oyunda 2:0 hesabı ilə qələbə qazanıb.
Subaşiçin rəqibi, "Xəzər"in forvardı Yakub Bamba isə aktivini artıra bilməyib. Lakin bu, lənkəranlılara "Qarabağ" üzərində qələbə qazanmağa mane olmayıb (2:0). Bambaya isə "Simurq"lu Vladimir Mazyar çata bilib. Mazyarın dublu komandasına "Turan"la oyunda qələbə qazandırıb (3:0).
Ötən mövsümün ən yaxşı bombardiri "Xəzər"in forvardı Zaur Ramazanov idi. O, bu mövsümdə hələlik yalnız bir dəfə fərqlənə bilib.