...

QMİ sədri: "Xristianlıq Azərbaycanda heç vaxt ikinci dövlət dini kimi qəbul edilə bilməz" (video)

Cəmiyyət Materials 28 Avqust 2007 14:42 (UTC +04:00)
QMİ sədri: "Xristianlıq Azərbaycanda heç vaxt ikinci dövlət dini kimi qəbul edilə bilməz" (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Əhalinin 98 faizindən çoxunun müsəlman olduğu Azərbaycanda xristianlıq heç vaxt ikinci dövlət dini kimi qəbul edilə bilməz. Bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

Səkkiz milyonluq Azərbaycanda xristianlığın ikinci dövlət dini kimi tanınması təşəbbüsü ilə bu dinin ayrı-ayrı təəssübkeş qrupları çıxış edir. Azərbaycan əhalisi arasında 170 min rus var.

"Ölkə rəhbərliyi bu vaxtadək Azərbaycanda islamı əsas din kimi qoruyub saxlayıb. Müsəlmanların özləri də xristianlığın ikinci dövlət dini kimi tanınmasının tərəfdarı deyillər. Bu, ayrı-ayrı kənar şəxslərin istəyidir" - deyə şeyxülislam vurğulayıb.

Qafqaz müsəlmanlarının dini lideri ümidvar olduğunu bildirib ki, Azərbaycan xalqı öz köklərini və imanını itirməyəcək.

Xəbər lenti

Xəbər lenti