...

Azərbaycanda hüquqşünaslar şəbəkəsi yaradılıb

Cəmiyyət Materials 29 Avqust 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanda insan alverinə qarşı mübarizə məqsədilə hüquqşünaslar şəbəkəsi yaradılıb. Bu barədə çərşənbə günü Bakıda keçirilən toplantıda "Hüquq dünyası" Hüquqi Yardım Fondunun rəhbəri Nazir Quliyev məlumat verib.

Onun sözlərinə görə, şəbəkəni yaratmaqda məqsəd insan alveri problemi barədə cəmiyyəti məlumatlandırmaq, bu problemin qurbanlarına hüquqi yardımlar göstərmək, bu sahədə çalışan hüquqşünasların peşə bacarıqlarını artırmaqdır.

Quliyev bildirib ki, şəbəkədə 33 nəfər hüquqşünas təmsil olunacaq.

"Hüquq dünyası" təşkilatı həmçinin problemlə bağlı araşdırma aparıb və müəyyənləşdirib ki, insan alveri qurbanlarının çoxu məlumatsızlıqdan bu bəlaya düçar olurlar. Problemin qurbanları əsasən gənclərdir. Ona görə də daha çox gənclər arasında maarifləndirmə işləri aparılmalıdır.

Quliyev diqqətə çatdırıb ki, hər il dünyada insan alverindən 9-12 milyard dollar gəlir əldə olunur. Bu isə dünyada silah və narkotika alverindən sonra üçüncü ən gəlirli sahədir.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin təmsilçisi Munir Məmmədov isə bildirib ki, bu təşkilatın rəsmi məlumatlarına görə, dünyada ildə 1 milyon 200 min uşaq alverin qurbanı olur.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə insan alveri problemi ilə bağlı

sentyabr-oktyabr aylarında Azərbaycanın bölgələrində əhali üçün maarifləndirici seminarlar keçirəcək.

Xəbər lenti

Xəbər lenti