...

Qəbələ RLS-in şüa təsirindən əziyyət çəkən xəstələrin sayı artıb

Cəmiyyət Materials 4 Sentyabr 2007 13:09 (UTC +04:00)
Qəbələ RLS-in şüa təsirindən əziyyət çəkən xəstələrin sayı artıb

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Qəbələ Radiolokasiya stansiyasının (RLS) elektromaqnit şüalanmasının təsirinin artması nəticəsində xəstəxanaya müraciət edənlərin sayı da artıb. Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi Seyran Rəsulova çərşənbə axşamı bildirib ki, son vaxtlar asma, qan təzyiqi olan xəstələrin, anemiyalı doğuşların sayı çoxalıb. Baş həkimin sözlərinə görə, təkcə ötən il 1548 doğuşdan 1100-ü anemiyalı olub. Rəsulova bunun səbəbi kimi radiasiyanın təsirini istisna etməyib.

Yerli sakinlərin verdiyi məlumata görə, rayonda uşaq xəstəlikləri kütləvi hal alıb. Bundan əlavə, kənd təsərrüfatı mallarında məhsuldarlıq azalıb.

RLS-ə yaxın kənd sakinləri bildiriblər ki, kənddə radiasiyaya davamlı qoz ağaclarının yarpaqları deşilir. RLS-ə yaxın Kiçik Əmili kəndində isə heç vaxt qarın yağması müşahidə olunmur. Çünki stansiyanın şüası qar dənəciklərini havada əridir.

Qəbələ paytaxt Bakıdan 220 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti