...

"Mexico City Guerreros" və "Baku Fires" komandaları arasında növbəti görüş keçiriləcək

İdman Materials 15 Fevral 2012 11:50 (UTC +04:00)
"Mexico City Guerreros" və "Baku Fires" komandaları arasında növbəti görüş keçiriləcək
"Mexico City Guerreros" və "Baku Fires" komandaları arasında növbəti görüş keçiriləcək

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Mehdiyev/

Fevralın 18-də Bakı vaxtı ilə səhər saat 7-də Mexikoda "Foro Polanso" arenasında "Mexico City Guerreros" və "Baku Fires" komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) müntəzəm mövsümünün yekun 10-cu turunun qarşılaşması baş tutacaq.

Trend-in məlumatına görə, artıq komandanın heyətləri məlum olub.

"Mexico City Guerreros" - "Baku Fires" heyətinə - 54 kq Aaron Alameda Lopes (Meksika) - Məhəmməd Qurbanov (Rusiya), 61 kq Xurşid Tocibayev (Özbəkistan) - Mədadi Naqzibəyov (Tacikistan), 73 kq Mladen Manev (Bolqarıstan) - Heybulla Mürsəlov (Azərbaycan), 85 kq Boyan Miskoviç (Xorvatiya - Rəcəb Əliyev (Azərbaycan), +91 kq Omar Qarsiya (Meksika) - Fərid Şabanov (Azərbaycan) daxildilər.

"Baku Fires"ın heyətində bu matçda üç debutant - Məhəmməd Qurbanov, Rəcəb Əliyev və 2011-ci il Azərbaycan çempionatının gümüş mükafatçısı Fərid Şabanov iştirak edəcəklər. 61 kq-dək çəki kateqoriyasında çıxış edən İsa İsayevin də ilk döyüşünə çıxacağı gözlənilsə də, məşqçilər qələbə qazandığı təqdirdə ilk iki yerdən birini və fərdi finalda iştirakı özünə təmin edəcək Mədadi Naqzibəyovu heyətə salmaq qərarına gəliblər. Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk qarşılaşmada Mədadi Xurşid Tocibayevlə mübarizə aparıb və qələbə qazanıb.

Naqzibəyov kimi, Xeybulla Mürsəlov da qələbə qazandığı təqdirdə finala vəsiqəni təmin edəcək. Xatırladaq ki, hər iki boksçumuzun dörd qələbəsi və bir məğlubiyyəti var. Mürsəlov kifayət qədər ciddi rəqiblə - 2010-cu il Avropa çempionatının bürünc mükafatçısı Mladen Manevlə qarşılaşacaq.

Meksika klubunun Baku Fires-ə qarşı çıxarılmış digər boksçuları hər biri ya bir döyüş keçiriblər, ya da ümumiyyətlə ilk dəfə olaraq WSB-də çıxış edəcəklər. Bundan başqa yeganə döyüşünü Bakıda keçirmiş və burada Qairbek Qermaxanova məğlub olmuş Aaron Alameda Lopesi də qeyd etmək lazımdır. Qermaxanov artıq finala vəsiqəni təmin edib. 85 kq-da isə Azərbaycan finalı baş tuta bilər - Azamat Murtuzəliyev Ramazan Məhəmmədova qarşı.

Turnir cədvəli: "Baku Fires" - 27 xal, döyüşlərin fərqi - 37-8 (9 matç), "Mexico City Guerreros" - 19, 29-15 (9), "Leipzig Leopards" - 13, 22-23 (9), "Paris United" - 12, 17-22 (8), "Istanbul Bosphorus" - 11, 18-27 (9), "Beijing Dragons" - 3, 6-34 (8), "Baku Fires" və "Mexico City Guerreros" "B" qrupunda müvafiq olaraq 1-ci və 2-ci yerləri özlərinə təmin ediblər.

Xatırladaq ki, komandamız artıq öz rəqibinin kim olacacağını da bilir - bu, "A" qrupunda 4-cü yeri tutmuş Hindistanın "Venky's Mumbai Fighters" klubudur.

Xəbər lenti

Xəbər lenti