...

Azərbaycan paralimpiyaçıları beynəlxalq turnirlərdə iştirak edəcəklər

İdman Materials 22 Fevral 2012 16:27 (UTC +04:00)
Azərbaycan Milli Paralimpiya Komitəsinin qolbol üzrə milli komandası 23-27 fevral tarixlərində Türkiyənin Antalya şəhərində beynəlxalq turnirdə iştirak edəcək.
Azərbaycan paralimpiyaçıları beynəlxalq turnirlərdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycan Milli Paralimpiya Komitəsinin qolbol üzrə milli komandası 23-27 fevral tarixlərində Türkiyənin Antalya şəhərində beynəlxalq turnirdə iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə Komitənin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda bildirilir.

Antalyada 9 komandanın iştirakı ilə keçirilən turnirdə Azərbaycan komandası baş məşqçi Fəxrəddin Əliyevin rəhbərliyi altında mübarizə aparacaq.

Azərbaycanın pauerliftinq üzrə milli komandasının 2 üzvü isə artıq 4-cü ənənəvi beynəlxalq FAZA turnirində iştirak üçün BƏƏ-nin Dubay şəhərinə yola düşüblər. Azərbaycanı +100 kq çəki dərəcəsində təmsil edəcək Məhərrəm Əliyev və - 100 kq çəki dərəcəsində Elşən Hüseynov məşqçilər Vaqif Müsadiq və İlqar İbişovun rəhbərliyi altında yarışda iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti