...

Braziliya futbolunda "Rikardo Teyşeyra erası" başa çatdı

İdman Materials 13 Mart 2012 12:09 (UTC +04:00)
Braziliya futbolunda 23 il davam edən "Teyşeyra erası" başa çatdı. 64 yaşlı Rikardo Teyşeyra bazar ertəsi Braziliya Futbol Konfederasiyasının (BFK) prezidenti və 2014-cü il Dünya çempionatına hazırlıq üzrə Milli Təşkilat Komitəsinin rəhbəri postundan istefa verib.
Braziliya futbolunda "Rikardo Teyşeyra erası" başa çatdı

Azərbaycan, Bakı, 13 mart /Trend/

Braziliya futbolunda 23 il davam edən "Teyşeyra erası" başa çatdı. 64 yaşlı Rikardo Teyşeyra bazar ertəsi Braziliya Futbol Konfederasiyasının (BFK) prezidenti və 2014-cü il Dünya çempionatına hazırlıq üzrə Milli Təşkilat Komitəsinin rəhbəri postundan istefa verib. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən yazır.

Bunu BFK-nın vitse-prezidenti Joze Mariya Marin rəsmən bəyan edib. O, mətbuat konfransında Teyşeyranın məktubunu oxuyub. Teyşeyra məktubda səhhətinin pisləşməsi ilə əlaqədar Braziliya futbolundakı iki əsas postu tərk etdiyi barədə "yekun qərar" haqqında məlumat verib.

Teyşeyra istefa haqqında məktubunda braziliyalı azarkeşlərə futbola sadiqliklərinə görə təşəkkürünü bildirib, milli yığmanın 1989-cu ildən qazandığı çoxsaylı qələbələri xatırlayıb, eləcə də öz ünvanına səsləndirilən soxlu sayda məzəmmət və ittihamları "ədalətsiz" аdlandırıb.

Xatırladaq ki, Teyşeyra BFK-ya rəhbərlik etdiyi uzun illər ərzində dəfələrlə korrupsiya qalmaqallarının mərkəzində olub. Lakin o hər dəfə BFK-nın rəhbəri postunun qoruyub saxlaya bilib.

Teyşeyra BFK rəhbərliyinə 1974-cü ildən 1998-ci ilədək Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FİFA) rəhbərlik edən o zamankı qaynatası Joan Avelanjın güclü dəstəyi ilə gəlib.

İndi BFK prezidenti vəzifəsini konfederasiyanın ən qocaman rəhbərlərindən olan 79 yaşlı Joze Mariya Marin icra edəcək. O, həmçinin Braziliyanın 2014-cü il Dünya çempionatına hazırlıq üzrə Milli Təşkilat Komitəsinin rəhbəri olacaq.

Xəbər lenti

Xəbər lenti