...

Azərbaycan boksçusu da London Olmipiya Oyunlarına vəsiqə qazandı, lisenziyaların sayı 34-ə çatdı

İdman Materials 20 Aprel 2012 19:20 (UTC +04:00)
Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turnirində yarımfinal oyunları keçirilib.
Azərbaycan boksçusu da London Olmipiya Oyunlarına vəsiqə qazandı, lisenziyaların sayı 34-ə çatdı

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turnirində yarımfinal oyunları keçirilib.

Trend-in məlumatına görə, rinqə birinci qalxan Vətən Hüseynlinin (81 kq) çıxışı uğurlu olub. Boksçumuz ingiltərəli Kallum Smitə qalib gələrək finala çıxıb, həmçinin, London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Digər boksçumuz Məhəmməd Əbdülhəmidov isə rəqibi gürcüstanlı Merab Turkadze zədə üzündən rinqə çıxmadığından, finala birbaşa vəsiqə qazanıb. Əbdülhəmidov hələ yarımfinala çıxmaqla, olimpiya lisenziyasını təmin etmişdi.

Beləliklə, Azərbaycan boksçuları Olimpiya Oyunlarına 7-ci, ümumilikdə isə idmançılarımız 34-cü olimpiya lisenziyasını qazanıblar.

Xəbər lenti

Xəbər lenti