...

İspaniyada “kataloniya faciəsi”: “Real”dan “Barselona”ya futbol dərsi

İdman Materials 22 Aprel 2012 00:57 (UTC +04:00)
İspaniya La Liqasında 34-cü turun oyunları çərçivəsində "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gəlib.
İspaniyada “kataloniya faciəsi”:  “Real”dan “Barselona”ya futbol dərsi

Azərbaycan, Bakı, 22 aprel /Trend/

İspaniya La Liqasında 34-cü turun oyunları çərçivəsində "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gəlib. İspaniyanın derbi oyunu gözlənildiyi kimi dramatik keçib. Trend-in məlumatına görə, oyunda hakim "Real"ın 4, "Barselona"nın 2 oyunçusuna sarı vərəqə göstərib.

Hazırda "Barselona"nı 4 xal qabaqlayan "Real"ı bu görüşdə heç-heçə də qane edirdi. Kataloniya təmsilçisi isə bu oyunda qələbə qazanmaqla "Real"la xal fərqini birə endirmək niyyətində idi.

Qarşılaşmanın 17-ci dəqiqəsində "Real" hesabı açdı. Qolu Sami Xedira vurub. "Barselona" ikinci hissədə oyuna tarazlıq gətirib (Aleksis Sançez, 70). Katolanların sevinci cəmi 3 dəqiqə çəkib. Kriştiano Ronaldo 73 dəqiqədə hesabı artırıb (1:2).

Bununla da "Real"ın baş məşqçisi Morinyo komandasında baş məşqçiliyi dövründə La Liqada "Barselano" üzərində ilk qələbəsini qazandı.

"Real" qələbə qazanmaqla "Barselona" ilə xal fərqini 7-yə yüksəldib.

Xəbər lenti

Xəbər lenti