...

İrana gələn Səudiyyə Ərəbistanı futbolçularının barmaq izləri götürülüb

İdman Materials 30 Aprel 2012 16:25 (UTC +04:00)
İranın "Persepolis" komandası ilə oynamaq üçün Tehrana gələn Səudiyyə Ərəbistanının "əl-Hilal" futbol klubunun üzvlərinin barmaq izləri götürülüb.
İrana gələn Səudiyyə Ərəbistanı futbolçularının barmaq izləri götürülüb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov/

İranın "Persepolis" komandası ilə oynamaq üçün Tehrana gələn Səudiyyə Ərəbistanının "əl-Hilal" futbol klubunun üzvlərinin barmaq izləri götürülüb. Bu barədə bazar ertəsi Trend FARS agentliyinə istinadən məlumat verir.

Bu addım təhlükəsizlik tədbirləri məqsədilə atılıb və Səudiyyə Ərəbistanının oxşar addımına cavabdır. Belə ki, bundan əvvəl bu ölkəyə gələn İran futbolçularından da barmaq izləri götürülmüşdü.

Sayı təqribən 40 nəfər olan Səudiyyə Ərəbistanı futbolçularından ibarət nümayəndə heyətini Tehran aeroportunda ər-Riyadın Tehrandakı səfirliyinin əməkdaşları qarşılayıb.

"Persepolis" və "əl-Hilal" arasında futbol matçı mayın 1-də "Azadi" stadionunda keçiriləcək.

"Əl-Hilal" klubunun sahibi Səudiyyə Ərəbistanı şahzadələrindən biri olan Əbdürrəhman bin Musaid əs-Səuddur.

Xəbər lenti

Xəbər lenti