...

Akademik avarçəkənimiz Avropa çempionatında 6-cı yeri tutub

İdman Materials 11 İyun 2012 16:58 (UTC +04:00)
Sloveniyanın Bled şəhərində yeniyetmələr arasında akademik avarçəkmə üzrə Avropa çempionatı keçirilib.
Akademik avarçəkənimiz Avropa çempionatında 6-cı yeri tutub

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Sloveniyanın Bled şəhərində yeniyetmələr arasında akademik avarçəkmə üzrə Avropa çempionatı keçirilib. Yarışda Azərbaycanı Boris Yotov təmsil edib.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, 16 yaşlı avarçəkənimiz seçmə yürüşdə 2000 metr məsafəni 7 dəqiqə 26,32 saniyəyə qət edərək, 2-ci yeri tutub. Bu nəticə ilə Yotov təsəlli yürüşünə vəsiqə qazanıb.

Təmsilçimiz növbəti yürüşdə 7 dəqiqə 9, 35 saniyə nəticə ilə finişə birinci çatıb. Bununla da idmançımız əsas finala yüksəlib. Lakin o, həlledici yürüşdə 6 iştirakçı arasında sonuncu olub. Yotov finişə 7 dəqiqə 13,42 saniyəyə çatıb.

Qeyd edək ki, Boris Yotov ötənilki Avropa çempionatında gümüş medal qazanmışdı.

Xəbər lenti

Xəbər lenti