...

Bu gün XXX London Yay Olimpiya Oyunlarının rəsmi açılışıdır

İdman Materials 27 İyul 2012 08:00 (UTC +04:00)
Bu gün XXX London Yay Olimpiya Oyunlarının rəsmi açılışı keçiriləcək
Bu gün XXX London Yay Olimpiya Oyunlarının rəsmi açılışıdır

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir M.Əliyev/

Bu gün XXX London Yay Olimpiya Oyunlarının rəsmi açılışı keçiriləcək.

Trend-in məlumatına görə, "Olimpiya stadionu"nda keçiriləcək açılış mərasimi London vaxtı ilə saat 21:00-da başlayacaq. "Möcüzə adalar" adlı açılış mərasiminin quruluşunu Oskar mükafatçısı Denni Boyl hazırlayıb. Ümumilikdə, 20 min nəfərin iştirak edəcəyi açılış şousunu Pol Makkartni öz ifası ilə yekunlaşdıracaq.

Azərbaycan idmançıları açılış vaxtı "Olimpiya stadionu"na sayca 14-cü sırada çıxacaqlar.

London, Olimpiya Oyunlarını üçüncü dəfə keçirən yeganə şəhər olacaq (bundan əvvəl 1908 və 1948-ci illərdə). Böyük Britaniyanın paytaxtında keçiriləcək idman yarışı sayca 30-cu olsa da, 27-ci dəfə təşkil edilir. Belə ki, I və II Dünya müharibələri zamanı 3 dəfə Yay Olimpiya Oyunları baş tutmayıb.

Bu dəfə 302 medal dəsti uğrunda 204 ölkədən olan idmançılar mübarizə aparacaq. 10 500-ə yaxın idmançı 17 gün ərzində 36 idman növündə güclərini sınayacaqlar.

Olimpiadanın ilk qalibi iyulun 28-də müəyyənləşəcək - 10 m məsafəyə pnevmatik tüfəngdən atəş açmaq üzrə mükafatçılar məlum olacaq.

Azərbaycan Olimpiadada 16 idman növü üzrə 53 idmançı ilə təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti