...

Gürcüstan Prezidenti Olimpiya stadionunun təməlqoyma mərasimində iştirak edib

İdman Materials 3 Sentyabr 2012 13:09 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Batumidə yeni Olimpiya stadionunun təməlini qoyub. Stadion bir il yarımdan sonra hazır olacaq və şəhərin ən görməli yerlərindən birinə çevriləcək.
Gürcüstan Prezidenti Olimpiya stadionunun təməlqoyma mərasimində iştirak edib

Gürcüstan, Tbilisi, 3 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Batumidə yeni Olimpiya stadionunun təməlini qoyub. Stadion bir il yarımdan sonra hazır olacaq və şəhərin ən görməli yerlərindən birinə çevriləcək.

Trend-in məlumatına görə, 35 min azarkeş tutumuna malik stadion yeni bulvarı bəzəyəcək. Onun layihəsini gürcü memar David Qoqiçaişvili hazırlayıb.

Saakaşvili ümid etdiyini bildirib ki, gec və ya tez Gürcüstanda Avropa və dünya çempionatları keçiriləcək və belə stadionun mövcudluğu mütləqdir. O, fəxrlə qeyd edib ki, yeni stadion şəhərin infrastrukturunu zənginləşdirəcək.

Stadionu Batumi Texniki Universitetinin binasını ucaldan şirkət tikəcək.

Xəbər lenti

Xəbər lenti