...

Futbol üzrə Azərbaycan millisi DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxır

İdman Materials 7 Sentyabr 2012 13:23 (UTC +04:00)
Bu gün futbol üzrə Azərbaycan milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxır.
Futbol üzrə Azərbaycan millisi DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxır

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxır.

Trend-in məlumatına görə, Azərbaycan futbolçuları doğma meydanda İsrail yığmasına qarşı mübarizə aparacaqlar.

Saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Matey Yug, onun köməkçiləri Marko Stancin, Milan Koqey, dördüncü hakim isə Slavko Vincicdir.

Oyunun hakim-inspektoru isveçli Peter Fröydfeldt, komissarı isə Belarusdan olan Mixail Varabyovdur.

Xəbər lenti

Xəbər lenti