...

UEFA Azərbaycanın futbol klublarına vəsait ayırdı

İdman Materials 13 Sentyabr 2012 15:43 (UTC +04:00)
UEFA ilə Avropa Klublar Assosiasiyası arasında bağlanmış müqaviləyə əsasən, qitənin ali futbol qurumu 2012-ci ildə keçirilən Avropa çempionatının final və seçmə mərhələlərində futbolçuları ilə iştirak edən klublara maddi yardım ayırıb.
UEFA Azərbaycanın futbol klublarına vəsait ayırdı

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.Mehdiyev/

UEFA ilə Avropa Klublar Assosiasiyası arasında bağlanmış müqaviləyə əsasən, qitənin ali futbol qurumu 2012-ci ildə keçirilən Avropa çempionatının final və seçmə mərhələlərində futbolçuları ilə iştirak edən klublara maddi yardım ayırıb.

Trend-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA yarışlardan götürdüyü gəlirin yarısını klublar arasında bölüb. Ümumilikdə 575 kluba vəsait ayrılıb. Ən çox gəlir Avro 2012-də daha çox futbolçu ilə təmsil olunan Münhen "Bavariya"sına çatıb: 3 095 393 avro. Bu siyahıda "Real" (Madrid) ikinci (2 996 585 avro), "Barselona" isə üçüncü (2 996 585 avro) olub.

UEFA "Kəpəz" istisna olmaqla Azərbaycanın 11 klubuna vəsait ayırıb. Ən çox gəlir götürən "Qarabağ" olub - 293 501 avro. "Neftçi" 190 776, "Xəzər Lənkəran" 153 739, "İnter" 128 232, "Bakı" 127 883, "Qəbələ" 113 208, AZAL 67 086, "Turan" 25 157, "Sumqayıt" 16 771, "Simurq" 13 627, "Rəvan" isə 6988 avro qazanıb.

Xəbər lenti

Xəbər lenti