...

FIFA U-17 qadınlararası DC-də iştirak edəcək bütün komandalar Azərbaycandadır (FOTO)

İdman Materials 20 Sentyabr 2012 11:46 (UTC +04:00)
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-in açılışına iki gün qalıb. Braziliya, Almaniya və Uruqvay milli yığmalarının ardınca bu gün futbol üzrə U-17 qadınlardan ibarət Meksikanın milli komandası da artıq Azərbaycandadır.
FIFA U-17 qadınlararası DC-də iştirak edəcək bütün komandalar Azərbaycandadır (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-in açılışına iki gün qalıb. Braziliya, Almaniya və Uruqvay milli yığmalarının ardınca bu gün futbol üzrə U-17 qadınlardan ibarət Meksikanın milli komandası da artıq Azərbaycandadır.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu Top Top Qız qarşılayıb. Qarşılama ənənəsinə sadiq qalaraq, Top Top Qız bu dəfə də qonaqlara gül buketləri təqdim edib, qonaqpərvərliyini nümayiş etdirib. Daha sonra isə qrup şəkli çəkdirən futbol üzrə U-17 qadınlardan ibarət milli komandalarının oyunçuları və nümayəndə heyəti kiçik fotosessiyanın ardından qalacaqları otelə doğru düşüblər.

Qeyd edək ki, komandalar bu cür diqqətli və qonaqpərvər qarşılanmadan, mehriban münasibətdən məmnun olduqlarını nümayiş etdiriblər.

Xatırladaq ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də iştirak edəcək komandaların hamısı artıq Azərbaycandadır.

Xəbər lenti

Xəbər lenti